Bakıda "28 May" metrostansiyası yaxınlığında ölüm hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, naməlum kişi qəfildən yıxılaraq ölüb.
Hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma nəticəsində küçədə ölən şəxsin 63 yaşlı Urfan Kərimli olması müəyyən edilir. İlkin məlumata görə, o, ürəktutmasından həyatını itirib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.