Bakıda məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu ərazisindəki məktəblərin birindən 8066 manat dəyərində 10 ədəd kompüter və 3 ədəd noutbuk oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Şükürov müəyyən oluaraq saxlanılıb.