Bakıda mebel sexindən külli miqdarda OĞURLUQ
21 yanvar 2023 15:21 (UTC +04:00)

Bakıda mebel sexindən külli miqdarda OĞURLUQ

Bakıda sex qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqili qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə polisə məlumat daxil olub.

Binəqədi rayin Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1950
avatar

Oxşar yazılar