Bakıda sex qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqili qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə polisə məlumat daxil olub.
Binəqədi rayin Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.