Bakıda maşın piyadanı vurub ÖLDÜRDÜ
20 noyabr 2023 09:46 (UTC +04:00)

Bakıda maşın piyadanı vurub ÖLDÜRDÜ

0

Bakıda piyada ölümü ilə nəticələnən avtomobil qəzası olub.

Lent.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Elşad İsmayılov idarə etdiyi "Nissan Tida" markalı, 90-TT-762 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən piyada - 1963-cü il təvəllüdlü Baxşeiş Saruxan oğlu Hüseyni vurub.

Nəticədə piyada aldığı xəsarətdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3870

Oxşar yazılar