Bakıda yol qəzası zamanı ölən iki qardaşdan digərinin və xəsarət alanların adı məlum olub.
Lent.az xəbər verir ki, ölən digər şəxs Gərəyov Coşqun Zamiq oğludur.
Yaralı sərnişinlər - 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
***
Saat 20:17
Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.
Hadisə nəticəsində C.Gərayov və onun qardaşı (ad və soyadı dəqiqləşdirilir) ölüb.
İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Nurlan Əli