Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza olub.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hadisə yanvarın 20-də paytaxtın Binəqədi rayonu DSK yolu adlanan ərazidə qeydə alınıb. “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Daşıyıcının verdiyi məlumata görə, yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb.