Bakıda lombard yandı-FOTO
07 iyul 2024 05:01 (UTC +04:00)

Bakıda lombard yandı-FOTO

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami metrostansiyasının yaxınlığında qeydə alınıb.

Cəfər Cabbarlı 10B ünvanında yerləşədən sahəsi 15 kvadratmetr olan lombardda yanğın baş verib.

Dərhal əraziyə FHN-nin 3 yanğınsöndürmə texnikası və canlı briqadası cəlb edilib.

Yanğınsöndürənlər obyektdə olan yanar konstruksiyaları alovdan qoruyuraq çölə çıxarıb.

Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə səbəb kondisionerin elektrik naqilinin əriməsi olub. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Oxşar yazılar