Bakıda kişini maşın vurub öldürdü
02 iyul 2021 13:51 (UTC +04:00)

Bakıda kişini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 2-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Elşən İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Mehman Nəbiyev

Oxşar yazılar