Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sentyabrın 2-də saat 22 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Lent.az-a Mərkəzdən bildirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı kişinin həkimə qədər ölümü qeydə alınıb.