Bakıda qadının bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 18-də paytaxt sakini olan bir qadının bank hesabından 1020 manatı oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Rəsul Baxışlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.