Bakıda qadının pulu hədə-qorxu ilə əlindən alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub.
Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini P.Bəşirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.