Bakıda kişi narkozdan öldü
14 iyul 2021 11:26 (UTC +04:00)

Bakıda kişi narkozdan öldü

Bakıda əməliyyata girən kişi ölüb.

Lent.az-ın məlumatına görə, bu barədə mərhumun oğlu Vüsal Həsənov sosial şəbəkədə paylaşım edib. O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov bu gün səhər saatlarında dünyasını dəyişib:

“Bu gün səhər həkim səhlənkarlığı nəticəsində atamı itirdik. Atamın öd kisəsində daş olduğu üçün əməliyyat olunacaqdı. Rentgen və lazım olan digər işlər yerinə yetirilmişdi. Narkoz verib atamı öldürdülər. Həkim əməliyyata girməmiş ölüm xəbəri gəldi. Atamı deyə-gülə əməliyyata yola saldıq, 10 dəqiqəyə ölüm xəbərin eşitdik”.

Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında baş verib.

Meyit müayinə olunması üçün Xəzər rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsinə göndərilib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar