Bakıda kişi küçədə ölüb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu “8-ci kilometr” qəsəbəsində qeydə alınıb. 65 yaşlı İbrahimov Siracəddin Qurbanməhəmmədoviç küçədə qəflətən dünyasını dəyişib.
Onun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.