Bakıda qadın müəmmalı şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada kirayədə yaşayan 48 yaşlı Məmmədova Şəlalə Nazim qızı qəflətən dünyasını dəyişib.
Onun hansı səbəbdən ölməsi hələlik bilinmir.
Məlumata görə, hadisə baş verən zaman Ş. Məmmədova qonşularının yanında olub.
Hazırda faktla bağlı araşdırma aparılır.