Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Sabirabad rayonundan olan 30 yaşlı Gülər Abdulqasım qızı Mənsimova kirayədə yaşadığı evin pəncərəsindən özünü atıb, nəticədə o aldığı xəsarətlərdən ölüb.
İntiharın baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.