Bakıda ödəmə terminalından oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd edildiyi məlum olub.
Nəticədə Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.
Araşdırma aparılır.