Bakıda "KaMAZ"ın yuxulu sürücüsü qəza törətdi
23 avqust 2024 15:52 (UTC +04:00)

Bakıda "KaMAZ"ın yuxulu sürücüsü qəza törətdi

Avqustun 22-i saat 22:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ələt qəsəbəsindən keçən hissəsində Sabirabad rayon sakini Elmir Əhmədovun idarə etdiyi “KaMAZ” markalı yük avtomobili qarşıda gedən “Mercedes” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yük avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda törətdiyi ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Oxşar yazılar