Bakıda 3 ədəd işıqfor dirəyi oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də Buzovna qəsəbəsi ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından 3 ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.