Bakıda internet üzərindən narkotik satanlar TUTULDU - VİDEO
28 iyul 2022 16:00 (UTC +04:00)

Bakıda internet üzərindən narkotik satanlar TUTULDU - VİDEO

Xətai rayonunda onlayn yolla narkotik maddələr satan şəxslərdən 4 kiloqramdan artıq heroin, marixuana və metamfetamin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlcə paytaxt sakini Nicat Bayramov tutulub. 

Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 43 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı Nicat Bayramovun narkotikləri tanışları Səxavət və Cavidan adlı şəxslərdən aldığı müəyyən olunub. İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslər - əvvəllər məhkum olunmuş Səxavət Məmmədov və Cavidan Şükürzadə də tutularaq istintaqa təqdim ediliblər. 

Onlardan sosial şəbəkələr vasitəsi ilə satış üçün əldə etdikləri 4 kiloqramdan artıq heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub. 

Qeyd edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15