Bakıda  iki qardaşı   maşın vurdu
09 noyabr 2022 00:59 (UTC +04:00)

Bakıda iki qardaşı maşın vurdu

0

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Qədirov Kamran Ruslan oğlu və onun qardaşı - 2003-cü il təvəllüdlü Qədirov Nurlan Ruslan oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onları avtomobil vurub.

Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3366

Oxşar yazılar