İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan məhkum Bədəlov Malik Fizuli oğluna qohumu Yevlax rayon sakini Uzbekova Albina Eduard qızı tərəfindən gətirilən sovqata baxış keçirilib. Bu zaman orada olan şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 5,885 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.