Bakıda gənc oğlan özünü 9-cu mərtəbədən atıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 30-da Fərəcov Murad Abbasəli oğlu yaşadığı Nəsimi rayon, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində olan 36 saylı mənzilin yataq otağının pəncərəsindən özünü atıb.
Nəticədə Fərəcov Murad müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
İlkin müayinə nəticəsində Murad Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.
Murad Fərəcov komadadır, danışa bilmir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.