Bakıda futbol oynayanların telefonları oğurlandı
08 iyul 2021 12:56 (UTC +04:00)

Bakıda futbol oynayanların telefonları oğurlandı

Bakıda futbol stadionunda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonları oğurlanıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266
avatar

Mehman Nəbiyev

Oxşar yazılar