Noyabrın 16-sı saat 15 radələrində Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarım Stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.