Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Buradakı evlərin birində 47 yaşlı Ağayeva Nəzrin Etibar qızının meyiti tapılıb.
Məlumata görə, qadının 3-4 ay əvvəl öldüyü ehtimal edilir. Lakin heç kimin məlumatı olmadığı üçün cəsəd bu müddət ərzində bağlı qapı arxasında qalıb və çürümə əlamətləri ortaya çıxıb.
Onun hansı səbəblə ölməsi isə hələlik bilinmir.
Araşdırma aparılır.