Bakıda evdən 10 minlik  OĞURLUQ
15 mart 2023 12:53 (UTC +04:00)

Bakıda evdən 10 minlik OĞURLUQ

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 13-də Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1260
avatar

Oxşar yazılar