Bakıda əsgər özünü güllələyib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin şöbə rəisi Mehman Sadıqov Lent.az-a bildirib ki, hadisə mayın 31-də gecə saatlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında baş verib. Alayın əsgəri, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev ona təhkim olunmuş avtomat silahından atəş açaraq özünü öldürüb.
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.