Bakıda gənc oğlan intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə mayın 25-də paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 25 yaşlı Qasımov Orxan Elşad oğlu yaşadığı evdə özünə od vurub. Nəticədə yanaraq ölüb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntiharın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.