Bakıda özünü binadan ataraq intihar edən gəncin kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Məmmədov Fəqan Nazim oğlu intihardan əvvəl çoxlu spirtli içki qəbul edib.
Daha sonra o, yaşadığı 11-ci mərtəbədən özünü atıb.
F.Məmmədovun psixoloji problemlərinin olduğu bildirilir.
***
saat 08:15
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 26.08.2024-cü il tarixində saat 00:10 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Lent.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
22 yaşlı (kişi cinsli) şəxsin həkimə qədər ölümü qeydə alınıb.
***
saat 04:15
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə 3-cü mikrorayonda yerləşən hündürmərtəbəli binada qeydə alınıb.
Özünü binadan atan şəxs hadisə yerindəcə ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Fakt üzrə araşdırma aparılır.