Xəbərə foto əlavə olunub.
***
21.44
Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.
İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
***
20.56
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Cavadxan küçəsində qeydə alınıb.
1983-cü il təvəllüdlü İsmayılova Pərvanə Əhməd qızı 20 saylı poliklinikanın qarşısında bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, fakt araşdırılır. Əlavə məlumat veriləcək.