Bakıda çoxmərtəbəli binada içərisində adamlar olan lift qırıldı
30 iyun 2023 13:18 (UTC +04:00)

Bakıda çoxmərtəbəli binada içərisində adamlar olan lift qırıldı

1

Bakıda lift qırılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2863

Oxşar yazılar