Bakıda çöl quşları ovlayanlar   TUTULDU
22 yanvar 2026 15:53 (UTC +04:00)

Bakıda çöl quşları ovlayanlar TUTULDU

0

Bakıda qanunsuz ov edənlər saxlanılıb.

Lent.az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sahil qəsəbəsində tədbirlər keçirilib. Nəticədə müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar