Bakıda çimərlikdə oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 10-da Salyan şosesində yerləşən çimərlikdə baş verib. İçərisində 15 manat pul, 350 manat dəyərində mobil telefon, geyim əşyaları, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantanın oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbzadə müəyyən olunaraq saxlanılıb.