Bakıda "BMW" "Range Rover"ə çırpıldı, sürücüsü qaçdı - FOTO
03 iyul 2021 04:57 (UTC +04:00)

Bakıda "BMW" "Range Rover"ə çırpıldı, sürücüsü qaçdı - FOTO

Bakının Nərimanov rayonunda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "Range Rover" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, qəzadan dərhal sonra hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə gələn yol polisi əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Hadisənin səbəbləri öyrənilir.

# 1638
avatar

Oxşar yazılar