Bakıda binada yanğın olub, 15 nəfər... -  VİDEO
30 noyabr 2023 19:57 (UTC +04:00)

Bakıda binada yanğın olub, 15 nəfər... - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.-az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

# 1890
avatar

Oxşar yazılar