Bakıda bərbər dərmandan zəhərlənərək öldü
14 iyul 2023 02:00 (UTC +04:00)

Bakıda bərbər dərmandan zəhərlənərək öldü

Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Binə qəsəbəsində 2001-ci il təvəllüdlü Dadaşov Fuad Binyət oğlu aqonal vəiyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Məlum olub ki, o xəstəxanaya ölü vəziyyətində gətirilib.

Anası həkimlərə bildirib ki, F.Dadaşov qızdırmaya qarşı dərman atıb.

Ona görə, dünyasını dəyişib.

F.Dadaşov Binə qəsəbəsində bərbər kimi fəaliyyət göstərirdi.

Hazırda ölümün dəqiq səbəbləri hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Oxşar yazılar