Mərdəkanda güclü yanğın
23 iyun 2021 13:11 (UTC +04:00)

Mərdəkanda güclü yanğın

Bakıda başlayan güclü yanğın söndürüldü - YENİLƏNİB

Bakının Xəzər rayonunda ağaclıq ərazidə yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Saat: 12:35

Bakının Xəzər rayonunda güclü yanğın başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, yanğın Mərdəkan şossesi, Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında qeydə alınıb. Bildirilir ki, yaranan tüstü səbəbindən yolda görüntü məhdudlaşıb.

Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Mehman Nəbiyev

Oxşar yazılar