Bakıda azyaşlı qızın sırğası oğurlandı
01 mart 2023 11:48 (UTC +04:00)

Bakıda azyaşlı qızın sırğası oğurlandı

0

Bakıda azyaşlı qızın sırğası oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 14-də Qobustan qəsəbəsində yaşayan bir qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1726

Oxşar yazılar