Bakıda azyaşlılar faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayn iki azyaşlı qardaş “Jelibon” bilərək siçan dərmanı yeyiblər. Nəticədə onların hər ikisi zəhərlənərək ölüb.
Uşaqların birinin 5, digərinin isə 3 yaşı olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokuroprluğunda araşdırma aparılır.
Qeyd edək ki, məlumatı ilk olaraq manset.az saytı yayıb.