Bakıda axtarışdaydı, tapılanda üstündən “kokain” çıxdı
28 aprel 2025 13:02 (UTC +04:00)

Bakıda axtarışdaydı, tapılanda üstündən “kokain” çıxdı

Axtarışda olan şəxsdən narkotik vasitə aşkarlandı.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakının Sabunçu rayonu ərazisində bir nəfərdə narkotik vasitə olması barədə polisə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 32 yaşlı Y.Məmmədli saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana, “kokain” və psixotrop maddə olan metamfetamin, preqabalin və metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla saxlanılan şəxsin narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olması da məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar