Bakıda avtomobil qadını piyada keçidində vurdu
24 iyun 2021 05:05 (UTC +04:00)

Bakıda avtomobil qadını piyada keçidində vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza “Sevinc”kinoteatrı”nın qarşısında qeydə alınıb.

1964-cü il təvəllüdlü  Hüseynova Natella Əbülfət qızı piyadalar üçün ayrılan zolaqdan keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

# 1170
avatar

Oxşar yazılar