Bakıda marşrut avtobusunda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində marşrut avtobusunda bir sərnişinin cibindən üzlüyündə pul, şəxsiyyət vəsiqəsi və kartlar olan mobil telefonu oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Nizami Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.