Bakıda avtobus yandı
18 yanvar 2023 22:16 (UTC +04:00)

Bakıda avtobus yandı

Yanvarıb 18-də axşam saat 21:10-da  “Manella” MMC-nin istismarında olan 163 saylı müntəzəm marşrut xətti üzrə 77 JA 185 DQN-lı sərnişin avtobusunda yanğın olub. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərasizində baş verib. Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb. 

Hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib.
 

# 1791
avatar

Oxşar yazılar