Bakıda avtobus polis şöbəsi binasının hasarına çırpılıb.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:
“Paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olan 198 saylı sərnişin avtobusu Sabunçu rayon yol polisi şöbəsinin hasarına çırpılıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Araşdırma aparılır”.