Bakıda avtobus 9 maşına çırpıldı, yaralılar var-FOTO -YENİLƏNİB
27 mart 2023 22:31 (UTC +04:00)

Bakıda avtobus 9 maşına çırpıldı, yaralılar var-FOTO-YENİLƏNİB

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.
114 saylı marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb.

Qəza nəticəsində ümumilikdə 8 minik, 1 yük maşınına və sərnişin avtobusuna ciddi ziyan dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin yaralanıb.
 

***

22.27

Yasamal rayonu, Şərfizadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 saylı  marşrut xətti üzrə hərəkət edən 10 TH 052 nömrəli avtobusun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Daşıyıcı şirkətdən Lent.az-a verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
 

# 4422
avatar

Oxşar yazılar