Bakıda 600 manatlıq lotereya biletləri  oğurlandı
20 fevral 2024 11:42 (UTC +04:00)

Bakıda 600 manatlıq lotereya biletləri oğurlandı

0

Bakıda külli miqdarda lotereya oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə fevralın 7-də Lökbatan qəsəbəsi ərazisində baş verib. Lotoreya satışı məntəqəsindən piştaxtadan 600 manat dəyərində lotereya biletləri oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Daşqın Abdullayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3922

Oxşar yazılar