Bakıda 3 maşın toqquşdu, ölən var
17 iyun 2021 13:29 (UTC +04:00)

Bakıda 3 maşın toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, qəza iyunun 17-də saat 2 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Bakı şəhər sakinləri T.Məmmədovun idarə etdiyi “Volkswagen” və X.Xəlilovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşduqdan sonra “Volkswagen” markalı avtomobil Abşeron rayon sakini Mehti Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə dəyib. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb, T.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polsi İdarəsində araşdırma aparılır.

# 1830
avatar

Mehman Nəbiyev

Oxşar yazılar