Bakıda 18 mərtəbəli  binada yanğın - Xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
25 iyun 2021 00:26 (UTC +04:00)

Bakıda 18 mərtəbəli binada yanğın - Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bakının Yasamal rayonunda yerləşən hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanlar olub.

APA-nın məlumatına görə, yanğın zamanı 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

Qısa zamanda əraziyə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi 18 mərtəbəli binanın yuxarı mərtəbələrindən 22 nəfəri təxliyə edib. Ərazidə xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

***

Saat 23:41

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 29 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata görə, yanğın binanın 10-cu mərtəbəsindəki mənzildə qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 2490
avatar

Oxşar yazılar