Bakıda əcnəbi vətəndaş qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, iyulun 12-də bir əcnəbi vətəndaşın 8000 dollar dəyərində qol saatı, mobil telefon və idman ayaqqabısı oğurlanıb.
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov müəyyən edilərək saxlanılıb.